İmtahanda ən yüksək nəticəni Beyləqan məktəblisi göstərib
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya bildirilib ki, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib.
Məlumata görə, imtahanlarda iştirakı nəzərdə tutulan 26 min 469 nəfərdən 277-si imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 abituriyentin nəticəsi ləğv edilib.