Bugünədək 5,5 milyondan çox insan koronavirusa yoluxub

Dünya

26.05.2020 - 07:26

Koronavirusdan ölənlərin sayı artıb 

 

Dünyada koronavirus qurbanlarının sayı 347 min nəfərə çatır. Bu barədə AYNA xarici mətbuata istinadən xəbər verir.

 

Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Qeyd edilir ki, dünyada ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

 

Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.

Müəllif: Ayna.az