“Büdcəmiz 35 nəfərin aldığı maaşa möhtac qalıb?” – <font color=red> Deputat</font>

Cəmiyyət

01.06.2020 - 13:48

Aqil Abbas: “Mən bilmirəm, Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər axı?”

 

Milli Məclisin bu gün keçirilən iclasında işçi ixtisarları ilə bağlı məsələ gündəmə gətirilib. AYNA-nın xəbərinə görə, millət vəkili Aqil Abbas deyib ki, deputat kimi təmsil etdiyi Ağcabədi rayonuna əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir.

 

Onun sözlərinə görə, əvvəlcə kənd kitabxanaları ləğv edilib, indi isə kitabxana işçiləri ixtisar edilir: “Mən bilmirəm, Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər axı? İndi də əmr gəlir ki, 35 nəfər ixtisar olunmalıdır. Yəqin başqa rayonlara da bu siyahılardan gedir. Niyə qardaşım? Büdcəmiz 35 nəfərin aldığı maaşa möhtac qalıb? Prezident deyir ki, karantin dövründə işçiləri işdən çıxarmaq olmaz. Bunlar ixtisarla bağlı siyahı göndərirlər. Maliyyə Nazirliyindən xahiş edirəm ki, kitablarla işi olmasın. Niyə düşmüsünüz kitabların üstünə? Bir dənə rayon adı çəkilsin ki, orada kitab mağazaları var. İndiki zamanda işçiləri işdən çıxarmaq olmaz”.

Müəllif: Ayna.az