Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Xəbərlər

09.06.2022 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

Əlavənin verilmə müddəti iyulun 1-dək uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. AYNA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət mayın 1-də başa çatmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş