Bu rayonda su kəsiləcək

Xəbərlər

11.06.2023 - 11:37

cedabet dərman SEO Xidməti

İntensiv yağışlar Kür çayında suyun bulanıqlığını artırıb

Biləsuvar rayonunun mərkəzində və 3 kənddə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. AYNA xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yağan intensiv yağışlar Kür çayında suyun bulanıqlığını artırıb və nəticədə rayona verilən içməli suyun təmizlənməsində ciddi fəsadlar yaranıb. Fəsadların aradan qaldırılması məqsədilə Biləsuvar şəhərində 5200, Zəhmətabad, Bəydili, Xırmandalı kəndlərində isə 900 abonentin bu gün və sabah gün ərzində içməli su ilə təminatında fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş