Pandemiya vəziyyəti bitdikdən sonra qanuna bu məqamlarla bağlı dəyişiklik ediləcək
Yeni Şotlandiyada bir neçə gün əvvəl baş verən silahlı atışmadan sonra Kanada hökuməti yeni qərarlar verib.
AYNA xarici mediaya əsasən xəbər verir ki, Kanadanın Baş Naziri Castin Trudeau rəhbərliyi silahla bağlı qanunda dəyişikliyi fikrini bəyan edib.
"Silah nəzarəti ilə əlaqədar olaraq, seçki kampaniyasında da çox ciddi öhdəliklər götürdük və bu ölkədə silah nəzarətini gücləndirdiyimizi təmin etmək üçün irəliləyirik", - deyən Trudeau təcili silah gəzdirilməsinin qadağan edilməsi, bu silahların sahiblərindən yığılmasını deyib.
O, həmçinin pandemiya vəziyyəti bitdikdən sonra artıq qanuna bu məqamlarla bağlı dəyişiklik ediləcəyini vəd verib.
Xatırladaq ki, ötən həftə sonu Yeni Şotlandiyada 51 yaşlı bir cani bir polis, bir tibb bacısı və bir müəllim də daxil olmaqla 18 nəfəri qətlə yetirilib. Qatil polislə 12 saatlıq qarşıdırmadan sonra öldürülüb.