Bu ölkə sərt karantinə qayıtdı

Dünya

19.10.2021 - 07:30

Həkimlər Klinikalar SEO Xidməti

Saat 20:00-dan 05:00-dək evdən çıxmaq qadağan ediləcək

Latviyada koronavirusa yoluxma sayında yüksək artım səbəbindən dörd həftəlik sərt karantin rejimi tətbiq olunacaq.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Krişyanis Karinş bildirib. Lokdaun 21 oktyabr 15 noyabr tarixlərini əhatə edəcək. Mağazaların əksəriyyəti, əyləncə məkanları və təhsil müəssisələri bağlanacaq. Saat 20:00-dan 05:00-dək vaksin olunmasından asılı olmayaraq, bütün insanlara evdən çıxmaq qadağan ediləcək.

 Eyni zamanda kütləvi tədbirlərin keçirilməsi tamamilə qadağandır. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş