Bu il magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcək

Xəbərlər

09.02.2021 - 15:54

İkinci imtahanın keçirilmə vaxtı sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcək

 

Ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına cari ildə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya bildirilib ki, birinci qəbul imtahanı fevralın 28-də (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək.

 

Bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

 

İkinci qəbul imtahanının keçirilmə vaxtı və qeydiyyat koronavirus pandemiyası ilə əlaqədar respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az