Bu il Azərbaycanda 33 qadın öldürülüb

Xəbərlər

12.08.2021 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib

 

Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib.

 

AYNA-nın xəbərinə görə, müraciətdə deyilir:

 

“Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət et!”

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş