Bu gündən ictimai nəqliyyat 9 gün işləməyəcək

Cəmiyyət

20.03.2021 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilir

 

Bu gündən martın 29-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 

Bununla əlaqədar 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş