Bu gün Od çərşənbəsidir

Xəbərlər

04.03.2025 - 09:53

Həkimlər Klinikalar SEO Xidməti

Bu çərşənbə xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

AYNA.AZ xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, Yel çərşənbəsi martın 11-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.

2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş