Bu gün Liviyanın Baş naziri Türkiyəyə səfər edəcək

Dünya

12.04.2021 - 08:13

Nümayəndə heyətinin tərkibində 14 nazir təmsil olunacaq

 

Bu gün Liviyanın Baş naziri Əbdülhəmid Dibeydə başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edəcək. AYNA Türkiyə mediasına istinadən bildirir ki, nümayəndə heyətinin tərkibində 14 nazir təmsil olunacaq.

 

Liviyanın yeni hökumət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankara ilə Tripoli arasında əlaqələrin daha da möhkəmlənməsi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək, həmçinin ikitərəfli sazişlər imzalanacaq.

 

Müəllif: Ayna.az