Rusiyadan quru sərhəddən 540-dan çox şəxs ölkəyə gətirilib
Azərbaycan xüsusi çarter reysi ilə xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyyəsini davam etdirir. AYNA Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, tədbirlər çərçivəsində bu gün Kiyevdən 198 vətəndaşımızın təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bundan başqa, Rusiyadan quru sərhəddən 540-dan çox şəxs ölkəyə gətirilib. 18-31 may tarixlərində MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən dövlətlərdən Azərbaycana çarter reysi həyata keçiriləcək. Xaricdə olan azərbaycanlılar sözügedən reyslərlə ölkəyə gətiriləcək.
Qeyd edək ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyyəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə həyata keçirilir. İndiyədək 20 minə yaxın vətəndaşımız ölkəyə qaytarılıb.