Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Cəmiyyət

29.03.2020 - 11:20

Sistem saat 12:00-dan etibarən aktivləşəcək

 

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

 

AYNA xəbər verir ki, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Müəllif: Ayna.az