BŞİH: "Azad qadın" heykəlinin sökülməsindən söhbət gedə bilməz

Xəbərlər

14.06.2022 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

BŞİH: Tarix-mədəniyyət abidəsinin sökülməsi ilə bağlı yayılan xəbərlər təəccüb doğurur

“Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-də yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”. Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.

“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir”, - deyə məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş