Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

14.03.2021 - 01:51

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 534 yoluxma halı qeydə alınıb.

 

AYNA xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 242 211 nəfərə yüksəlib.

 

Bildirilir ki, ötən sutka koronavirusdan daha 121 nəfər, hazırkı dövrədək isə 125 464 nəfər vəfat edib

Müəllif: Ayna.az