Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

07.01.2021 - 02:44

Sutka ərzində 1 041 nəfər koronavirusdan vəfat edib

 

Koronavirusa yoluxmuş Böyük Britaniya sakinləri arasında sutka ərzində qeydə alınan ölüm sayı aprel ayından bəri ilk dəfə 1000 nəfəri keçdi.

 

AYNA-nın məlumatına görə, son 24 saat ərzində rekord 62,3 min yoluxma faktı da qeydə alınıb.

 

Ölkə hökuməti bildirib ki, sutka ərzində 1 041 nəfər koronavirusdan vəfat edib.

 

Son dəfə bu cür rəqəmlər epidemiyanın bahar dalğasının pik nöqtəsinə çatanda müşahidə olunurdu. 1224 ölüm halı ilə anti-rekord isə 21 aprel tarixində qeydə alınıb.

Müəllif: Ayna.az