COVID-19 can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 1979 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 452 756 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 5 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 684 nəfərə çatıb.