Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 52 009 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 641 221 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 115 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 146 nəfərə çatıb.