Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 2 396 nəfər koronavirusa yoluxub.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 4 395 703 nəfərə çatıb.
Son 24 saat ərzində 22 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 327 nəfərə çatıb.