Britaniyada koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 37 489 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 056 106 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 209 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 133 483 nəfərə çatıb.