Britaniyada koronavirusa yoluxanların və ölənlərin sayı açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 38 013 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 132 072 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 167 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 133 841 nəfərə çatıb.