Britaniyada koronavirusdan ölüm sayı 110 mini ötüb

Dünya

05.02.2021 - 00:28

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 915 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 110 250 nəfərə çatıb.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 20 634 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 892 459 nəfərdir.

 

Səhiyyə nazirliyindən bildirilib ki, hazırda 10,5 milyona yaxın insan koronavirusa qarşı peyvəndin ilkin dozasını qəbul edib.

Müəllif: Ayna.az