Britaniyada daha 43 nəfər koronavirusdan ölüb

Dünya

01.04.2021 - 05:12

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 4052 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 345 788 nəfərə çatıb.  

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 43 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 713 nəfərə çatıb.

Müəllif: Ayna.az