Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 2696 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 452 527 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 3 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 694 nəfərə çatıb.