Britaniyada COVID-19 qurbanlarının sayı 45 mini ötüb

Dünya

16.07.2020 - 00:45

Koronavirus can almaqda davam edir 

 

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 538 yoluxma halı qeydə alınıb, 85 nəfər vəfat edib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Britaniya Səhiyyə Departamenti məlumat yayıb.

 

Bildirilib ki, Britaniyada indiyədək COVID-19-a yoluxanların sayı 291 911 nəfərə çatıb. Virusdan ölənlərin sayı 45 053 nəfərdir.

Müəllif: Ayna.az