Britaniyada COVID-19 can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 30 838 nəfər koronavirusa yoluxub.Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 555 200 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 174 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 131 854 nəfərə çatıb.