Britaniya süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək

Dünya

29.05.2025 - 14:11

cedabet dərman SEO Xidməti

Nazir: “Klaviaturalar müharibə silahına çevrilib, ona görə də belə texnologiya və qurğuların istifadəsi müdafiədə yeni standartlar müəyyən edəcək”

Böyük Britaniya hökuməti süni intellektin tətbiqinə və düşmən dövlətlərin fəaliyyətinə qarşı çıxmaq üçün kiberhücum qruplarının yaradılmasına 1 milyard funt sterlinqdən (1,35 milyard dollar) çox vəsait xərcləyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “The Daily Telegraph” Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən yazıb.

Nazir qeyd edib ki, “klaviaturalar müharibə silahına çevrilib”, ona görə də belə texnologiya və qurğuların istifadəsi müdafiədə “yeni standartlar” müəyyən edəcək.

Qəzetin yazdığına görə, bu sahədə yeni siyasət hökumətin Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasətinə dair hərtərəfli icmalında öz əksini tapacaq.

Nəşr yazıb ki, son iki ildə Böyük Britaniya Müdafiə Nazirliyi 90 minə yaxın kiberhücuma məruz qalıb ki, bu da 2023-cü ildə dərc olunan məlumatlardan iki dəfə çoxdur.

“The Daily Telegraph” hücumların Rusiya və Çindən edildiyini iddia edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş