Britaniya Aİ ilə müdafiə sazişi üzrə danışıqlara hazırdır

Dünya

31.03.2025 - 18:46

Həkimlər Klinikalar SEO Xidməti

“İndi yaxın illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarımızla əməkdaşlığı gücləndirməyin vaxtıdır"

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Londonun Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara hazır olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə nazir İspaniyanın "El PaÍs" qəzetinə müsahibəsində deyib.

“İndi yaxın illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarımızla əməkdaşlığı gücləndirməyin vaxtıdır", - Lammi bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya artıq Aİ-nin üzvü deyil: “Biz Avropalı tərəfdaşlarımız və NATO ilə hərbi potensialımız arasında koordinasiyanı gücləndirmək üçün bütün imkanları araşdırmaq üçün çalışırıq. O cümlədən müdafiə sahəsinə özəl sektorun investisiyalarının artırılmasına yardım edirik”.

"Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara hazırıq. Avropanın təhlükəsizliyi bölünməzdir”, nazir əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş