Braziliyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

13.06.2020 - 19:38

Braziliyada son 24 saatda koronavirusdan ölənlərin sayı 909 nəfər olub

 

212 milyon əhalisi olan ölkədə toplamda koronavirusdan ölənlərin sayı 41 min 901 nəfərdir.

 

AYNA xəbər verir ki, ölüm sayına görə ABŞ-dan sonra ikinci yerdə olan Braziliyada virusa yoluxanların sayı 829 min 902 nəfərdir.

 

Qeyd edək ki, ötən günlərdə Rio-de-Janeyroda koronavirus pandemiyasına qarşı yetərli tədbir görməyən hökümətə etiraz olaraq “Copacabana” çimərliyində 100 qəbir qazılıb. Lakin qəbirlər Prezident Jair Bolsonaro tərəfdarları tərəfindən dağıdılaraq üstündəki xaçlar yerə atılıb. Yalnız 25 yaşında oğlu ölən bir braziliyalı saatlarla çalışaraq məzarı bərpa edə bilib.

Müəllif: Ayna.az