Hadisə zamanı ölənlərdən biri polis zabitidir
Braziliyanın Rio-de-Janeyro şəhərində metro stansiyaların birində polislə narkotik ticarətçiləri şəbəkəsinin üzvləri arasında atışma olub.
AYNA xəbər verir ki, şəhərin Jakarezinyu adlanan ərazisində baş vermiş insident zamanı 25 nəfər ölüb.
Onlardan biri polis zabiti, 24 nəfər isə şübhəlidir. Bundan başqa, metronun 2 sərnişini və iki polis əməkdaşı yaralanıb.