Braziliyada helikopter qəzası: <font color=red> ölənlər var</font>

Dünya

07.01.2021 - 00:38

Yaralıların həyatını xilas etmək mümkün olmayıb

 

Braziliyada helikopter qəzası baş verib. AYNA-nın məlumatına görə, bu barədə yerli G1 telekanalı məlumat yayıb.

 

Qəza nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar helikopterin sahibi, eyni zamanda pilotu və sərnişinidir. Xilasedicilər onları qəzaya uğramış helikopterdən çıxarsalar da, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

 

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az