Braziliyada bir sutkada 807 nəfər COVID-19-dan ölüb

Dünya

26.05.2020 - 11:30

Ölkədə virusdan ölənlərin sayı 23 min 473-ə yüksəlib

 

Braziliyada son 24 saatda yeni növ koronavirusdan 807  nəfər dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 23 min 473-ə yüksəlib.

 

Cənubi Amerika ölkəsində sutka ərzində virusa yoluxanların sayı da 11 min 87 nəfər artaraq 374 min 898-ə çatıb.

 

Qeyd edək ki, Braziliya COVID-19-a yoluxma sayına görə, ABŞ-dan sonra ikinci yerdə qərarlaşır.

Müəllif: Ayna.az