Boris Conson Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib

Xəbərlər

17.06.2022 - 20:24

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib. AYNA xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Bu, Consonun Ukraynada tammiqyaslı müharibə başlayandan indiyədək ikinci səfəridir. O, apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideri olub.

Xarici mətbuatda gedən xəbərlərə görə, Böyük Britaniya Ukrayna ordusu üçün genişmiqyaslı təlim proqramına başlamağı təklif edib. Proqram 10 minə qədər ukraynalı əsgərə təlimdən ibarətdir.

"Böyük Britaniya sizinlədir və qalib gələnə qədər sizinlə olacağıq", - deyə Conson deyib.

Boris Conson Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib Boris Conson Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib Boris Conson Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş