Borclu kimi axtarılan 53 nəfər saxlanılıb

Xəbərlər

29.06.2020 - 15:32

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub

 

Ötən gün ərzində törədilmiş 40 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş