Bondarev: "Ukraynanın hərbi infrastrukturu tezliklə tamamilə məhv ediləcək" 

Dünya

10.06.2022 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

"Son döyüş hesabatları Ukraynanın demilitarizasiya sürətinin artmasından xəbər verir"

""Xüsusi əməliyyat"ın hazırkı tempi saxlanılarsa, Ukraynanın hərbi infrastrukturu tezliklə tamamilə məhv ediləcək". AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun açıqladığı son döyüş hesabatları Ukraynanın demilitarizasiya sürətinin artmasından xəbər verir: "Pilotlarımız, raketçilərimiz, topçularımız, hava hücumundan müdafiə qırıcılarımız yorulmadan döyüşürlər. Dağıdılan obyektlərin müxtəlifliyi və zərbələrin coğrafiyası da bunun göstəricidir”.

Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov bildirmişdi ki, Kiyevə Qərbdən uzaqmənzilli raket sistemləri verilərsə, Rusiya Ukraynanın dövlət qurumlarına və nəqliyyat infrastrukturuna zərbələr endirə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş