Bolqarıstanın XİN başçısı Azərbaycana gələcək

Xəbərlər

04.03.2025 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

Nazir martın 13-15-də Bakıda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq

Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək. AYNA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.

Səfirin sözlərinə görə, nazir martın 13-15-də Bakıda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.

Diplomat xatırladıb ki, bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin görüşü keçirilib və burada geniş spektrli məsələlər müzakirə olunub.

"Nazirlər - Georq Georgiyev və Ceyhun Bayramov həmin görüşdə strateji tərəfdaşlığın iqtisadi, ticari və enerji aspektlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər", - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş