Boliviyada yenidən iğtişaşlar başlayıb

Dünya

16.11.2019 - 09:52

Həkimlər Klinikalar SEO Xidməti

Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib

 

Boliviyanın böyük şəhərlərindən olan Koçabambada yenidən etiraz aksiyaları başlayıb.

 

AYNA APA-ya istinadla xəbər verir ki, bu dəfə etirazçılar ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən senatın vitse-spikeri Janine Agnesə qarşı çıxıblar.

 

Hərbi qüvvələr etirazçıları dağıddığı bildirilir.  Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb, onlardan odlu silah aşkarlanıb. 

 

Qeyd edək ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində Evo Morales ilk turda qalib gəlmişdi. Lakin əvvəlki prezidentin əsas rəqibi Karlos Mesa seçkinin nəticələrini tanımayaraq nümayişlərə qərar vermişdi. 

 

Son anda Boliviya silahlı qüvvələri Moralesi ölkədəki sabitliyi təmin etmək üçün vəzifəsindən getməyə çağırdı və bundan sonra o, istefa verdi. 

 

Hazırda Morales ölkəni tərk edərək Meksikada məskunlaşıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş