Boliviyada güclü yağışlarda 28 nəfər ölüb

Dünya

15.02.2025 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

Dörd nəfər hələ də itkin sayılır

Boliviyada güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb. AYNA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes deyib.

Onun sözlərinə görə, yağışlar ölkənin 9 departamentindən səkkizinə təsir edib: “Hazırda 27 bələdiyyədə fövqəladə vəziyyət elan edib, onlardan 22-si təbii fəlakətdən ən çox zərər çəkən La-Pas departamentindədir. Dörd nəfər hələ də itkin sayılır”.

Milli Hava və Hidrologiya Xidməti yağışların aprel ayına qədər davam edəcəyini proqnozlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş