BMT təcili iclas keçirəcək: Qarabağdakı vəziyyətlə bağlı

Siyasət

29.09.2020 - 00:27

Çox güman, müzakirələr 29 sentyabrda qapalı formatda baş tutacaq

 

BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 29-da qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyə hazırlaşır. AYNA xəbər verir ki, bu barədə TASS Agentliyi BMT-də olan mənbəsinə istinadən məlumat yayıb.

 

Xəbərdə qeyd edilib ki, çox güman, müzakirələr 29 sentyabrda qapalı formatda baş tutacaq. Bildirilib ki, müzakirələr üçün bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.

 

“Formata əsasən, Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatı münaqişə tərəflərinin nümayəndələrinin iştirakı olmadan müzakirələr aparacaq”, TASS-ın məlumatında qeyd edilib.

Müəllif: Ayna.az