BMT Əfqanıstandakı missiyasını davam etdirəcək

Dünya

01.09.2021 - 07:22

Həkimlər Klinikalar SEO Xidməti

BMT Əfqanıstanda qalmaqda qərarlıdır

 

ABŞ ordusu və onun müttəfiqləri Əfqanıstandan çıxdıqdan sonra da BMT bu ölkədə humanitar əməliyyatlarını davam etdirəcək.

 

AYNA xəbər verir ki, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

 

“Əfqanıstandakı humanitar həmkarlarımız bizə xəbər verir ki, bu gün əcnəbi ölkələrin orduları tərk etdikdən sonra da BMT bu ölkədə qalmaqda qərarlıdır. Tibbi və humanitar məhsulların tədarükü üçün əməliyyatlar davam edir, lakin daha çox resursa ehtiyac var”, - Düjarrik belə deyib.

 

Onun sözlərinə görə, BMT Əfqanıstanın əksər bölgələrində humanitar əməliyyatlarla dəstəyini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş