BMT Əfqanıstana humanitar yardım göndərməyə başlayıb

Dünya

03.11.2021 - 07:19

Yüklər hava nəqliyyatı ilə çatdırılır

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qışın yaxınlaşması ilə həyat şərtlərinin çətinləşdiyi Əfqanıstana humanitar yardım çatdırmağa başlayıb.

AYNA xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu açıqlayıb.

O qeyd edib ki, yüklər hava nəqliyyatı ilə çatdırılır.

“Mülki şəxslərə çatdırılması üçün 33 ton yük Ali Komissarlığın təyyarəsinə yüklənərək, BƏƏ-dən Kabilə göndərilib”.

Matu bildirib ki, yüklərin qalanı noyabrın 4 və 7-də çatdırılacaq.

Müəllif: Ayna.az