Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı gizlədilir

Dünya

28.04.2020 - 13:45

Koronavirusdan ölənlərin sayının rəsmi rəqəmlərdən 35 faiz çox olduğu açıqlanıb

 

Koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan Böyük Britaniyada ölüm sayı ilə bağlı verilən rəsmi məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat verib və koronavirusdan ölənlərin sayının rəsmi rəqəmlərdən 35 faiz çox olduğunu açıqlayıb.

 

Milli Statistika İdarəsinin verdiyi açıqlamaya görə, Krallığa daxil olan İngiltərə və Uelsdə təkcə aprelin 17-ə qədər 21284 nəfər koronavirusun yaratdığı tənəfüs çatışmazlığından vəfat edib.

 

Lakin Britaniyada aprelin 18-də açıqlanan rəsmi məlumatlarda, ölkə daxilindəki xəstəxanalarda ölənlərin sayının 13917 nəfər olduğu qeyd edilmişdi.

Müəllif: Ayna.az