Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib

Xəbərlər

15.06.2021 - 10:46

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

 

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 

AYNA xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib:

 

“Əziz həmvətənlər!

 

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”.

Müəllif: Ayna.az