Hadisə yerlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Nizami rayonunda ayrı-ayrı ünvanlarda 3-ü azyaşlı olmaqla 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.
Bundan başqa, Nazirliyin “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.