Bill Qeyts: "Bu həftə mən ilk dozanı aldım və özümü əla hiss edirəm"
“Microsoft”un qurucusu, multi-milyarder və xeyriyyəçi Bill Qeyts koronavirus əleyhinə peyvəndin ilk dozasını qəbul edib.
AYNA xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində məlumat verib:
“65 yaşın üstünlüklərindən biri də odur ki, COVİD-19-a qarşı vaksin hüququna maliksən. Bu həftə mən ilk dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və bizi bu ana gətirib çıxaran öndə olan həkimlərə təşəkkür edirəm”.
Qeyd edək ki, milyarder bununla belə hansı vaksinin dozasını aldığını açıqlamayıb.