Bill Qeyts Donald Trampa qarşı

Dünya

15.04.2020 - 14:45

cedabet dərman SEO Xidməti

Milyarder Ağ Ev rəhbərinin qərarını tənqid edib

 

ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatına yönəlik (ÜST) ittihamları davam edir. Ən son olaraq, Ağ Ev rəhbəri ÜST-ə maddi dəstək verməyəcəyini bəyan edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, “Microsoft”un yaradıcısı və sahibi Bill Geyts və həyat yoldaşı Melinda Geyts Trampın bu qərarını tənqid edib. Məşhur ikili Trampın ÜST-ni maliyyələşdirməkdən imtina qərarının ölkə üçün daha təhlükəli olacağını söyləyib.

 

"Dünya indi ÜST-yə hər zamankındən daha çox ehtiyac duyur. Onların işi COVID-19-un yayılmasını ləngidir və bu iş dayandırılsa, onları başqa bir təşkilat əvəz edə bilməz", - deyə Bill Qeyts “Twitter”də ABŞ liderinə cavab verib.

 

Qeyd edək ki, Bill Qeytsə məxsus olan Qeyts Fondu ÜST-nin ən böyük donorlarından biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş