Biləsuvarda polis əməliyyat keçirib

Xəbərlər

30.03.2025 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Narkotik vasitə və silah-sursat aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.

Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş