ABŞ hökumətinin dörd nümayəndəsi Poroşenko və Timoşenko ilə əlaqə saxlayıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası Petro Poroşenkonu və Yuliya Timoşenkonu Ukrayna lideri Volodimir Zelenskinin mümkün varisi hesab edir. AYNA.AZ xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Qeyd olunub ki, ABŞ hökumətinin dörd nümayəndəsi Ukraynanın keçmiş Prezidenti Poroşenko və ölkənin keçmiş Baş naziri Timoşenko ilə əlaqə saxlayıb. Zelenskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş baş komandanı və ölkənin Böyük Britaniyanın səfiri Valeri Zalujnının da adı çəkilir.