Beş kənd su altında qaldı: Daşqın səbəbindən 32 minə yaxın sakin təxliyə edilib

Dünya

05.05.2020 - 14:56

Daha 7 yaşayış məntəqəsini su altında qalma təhlükəsi gözləyir

 

Özbəkistandakı Sardobe su anbarının daşması nəticəsində Qazaxıstanın Türkistan bölgəsində 14 yaşayış məntəqəsindən 31606 min insan təxliyə edilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, daşqınlar nəticəsində 5 kənd su altında qalıb, daha 7 yaşayış məntəqəsini də bu təhlükə gözləyir.

 

Maktaaral rayonunda fövqəladə hallarla əlaqədar yaradılan xüsusi komissiya daşqının vurduğu zərərin miqdarını hesablayır.

 

Xatırladaq ki, Özbəkistanın Sardobe su anbarı kəskin hava şəraitindən və yağıntının miqdarının normadan dəfələrlə çox olması səbəbindən daşaraq, öz məcrasından çıxıb. Buna görə,  Qazaxıstanın Türkistan vilayətində rayon, kənd və qəsəbələr su altında qalıb. Rəsmi Nur Sultan Türkmənistana hadisə ilə bağlı nota verib.

 

Müəllif: Ayna.az